Stadniklə Nəsirovanın dünya çempionatındakı ilk rəqibi bilindi
17:36 16-09-2019 641
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
HerGun.Az xəbər verir ki, sabah qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start veriləcək.
Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib. Üçqat Olimpiya mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadniklə Türkan Nəsirovanın da rəqibləri müəyyənləşib.
-50 kq
Təsnifat. Mariya Stadnik – Myessini Mersi Cenezis (Nigeriya)
-53 kq
Təsnifat. Türkan Nəsirova – Nina Hemer (Almaniya)