Ukraynalı futbolçu: Bu, azərbaycanlıların erməniləri sevməmə səbəblərindən biridir - VİDEO

20:54 17-09-2019 488

Neçə ildir Azərbaycanda yaşayıram. Ölkənin tarixini bilirəm. Amma məsələnin digər tərəfindən xəbərim yoxdur. Burada hansısa kənddə soyqırım olub.

HerGun.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin ukraynalı mərkəz müdafiəçisi Kiril Petrov öz ölkəsindən olan jurnalist Roman Bebexin aparıcısı olduğu “Bombardir” proqramında deyib.

Telemüsahibə Bakının mərkəzində – İçərişəhər, Dənizkənarı Milli Park, həmçinin “Neftçi”nin bazasında aparılıb. Müsahibədə Petrova Azərbaycanla bağlı fərqli suallar ünvanlanıb. Bu zaman Petrov Xocalı soyqırımına da toxunub:

“Ermənilər ora girib, hamını – uşaqları, hamilə qadınları öldürüb. Dəhşətli hadisələr olub. Bakıda Xocalı prospekti var və həmin hadisələrə görə abidə ucaldılıb. Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir. Hər şeyi bilmədiyim üçün çox danışa bilmirəm. Bu, siyasi məsələ olduğundan, çox qarışmaq istəmirəm”.

 

Qeyd edək ki, 29 yaşlı Kiril Petrov 2017-ci ilin yanvarında “Neftçi”yə keçib.