“Jiquli” “Qazel” lə toqquşdu

12:27 18-09-2019 604

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara avtomagistralının Qızılağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Rayonun Aşağı Kürkənd kənd sakini, 1996-cı il təvəllüdlü Əhədov Cəlil Əhəd oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə kənd sakini, 1991-ci il təvəllüdlü Səmədov Araz Mübariz oğlunun idarə etdiyi “Qazel” markalı maşın toqquşub. 

Hadisə zamanı, müxtəlif dərəcəli xəsarət alan hər iki sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara xəstəxanada ilk tibbi yardım göstərilib. Hər iki şəxs ambulator müalicəyə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.