Türkiyədə 58 dərəcə isti qeydə alındı

01:09 27-06-2019 1186

İyunun 26-da Türkiyənin Şanlıurfa vilayətinin Siverek qəsəbəsində  58 dərəcə isti qeydə alınıb.

Meteoroloqlar gün vurması hallarının qarşısının alınması üçün xəbərdarlıq ediblər. Əhaliyə günorta saatlarında küçəyə çıxmamaq tövsiyə olunub.

Bu temperaturun iyun ayı üçün Türkiyədə  qeydə alınmış ən yüksək göstərici olduğu bildirilib.