Lentə alınan yeni "Ceyms Bond" filmində seks qalmaqalı

02:36 27-06-2019 656

Xəbər verdiyimiz kimi, hər kəsin sevə-sevə, böyük maraqla izlədiyi və dörd gözlə gözlədiyi “Ceyms Bond” filminin növbəti bölümü çəkilir. Lakin ekran işinin çəkilişləri zamanı xoşagəlməz hadisə yaşanıb.

TMZ xəbər verir ki, Peter Hartley adlı işçi vuayerizmdə (red. - sekslə məşğul olanları güdmək) günahlandırılaraq həbs olunub.

Belə ki, işçi “Pinewood” studiyasında lentə alınan sözügedən filmin çəkiliş məkanlarında yerləşən qadın tualetinə gizli kameralar yerləşdirib.  Gizli kameraların bir neçəsi isə vanna otağında tapılıb.

Peterin bu əməli ona baha başa gəlib. O, dərhal vəzifəsindən azad edilib. 
Hazırda polis "Bond 25" adlı filmin çəkilişində  əməyi keçən bütün şəxsləri nəzarət altına alıb.

Bu isə öz növbəsində çəkiliş prosesini əhəmiyyətli dərəcədə yubadaraq, filmin nəzərdə tutulan vaxtda böyük ekranlara çıxmağına mane ola bilər.

Rəşad Əliyev