Maşının qarşısını kəsib, iki nəfəri vəhşicəsinə döydülər

01:09 24-09-2019 887

Kürdəmirdə döyülmə faktı qeydə alınıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çöl-Qubalı kəndində baş verib.

Kənd sakinləri 1990-cı il təvəllüdlü Hüseynov Ramiz Mübariz oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Elxan İlham oğlu “QAZel” markalı avtomaşınla kənd ərazisində hərəkətdə olarkən həmkəndliləri Həsənov İntizam, Həsənov Elşən, Həsənov Sahil və Həsənov Elbrus onların qarşısını kəsib.

Aralarında yaranan mübahisə nəticəsində Elxan və Ramiz Hüseynovlar küt alətlərlə ağır bədən xəsarətləri alıblar.

Kənd camaatının köməyi ilə xəsarət alanlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdiriblər. Qeyd edək ki, hadisə nəticəsində Hüseynov Ramizə məxsus “QAZel” markalı avtomaşına da ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.