“Yanğının qarşısı alınıb” - Balaş Qasımovdan İTV binasındakı yanğınla bağlı açıqlama

02:00 28-09-2019 433

Bu gün axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib.

Şirkətin baş direktoru Balakişi Qasımovun HerGun.Az-a verdiyi məlumata görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. İTV-nin rəhbəri saytımıza verdiyi açıqlamada göstərdikləri operativliyə görə müvafiq quruma təşəkkürünü də bildirdi. 

İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.