Elektriklə balıq tutmaq istəyərkən öldü

15:18 28-09-2019 426

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, rayonun İsmət Qayıbov küçəsində baş verən hadisədə Elman Həsənalıyev su arxından elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan onu cərəyan vurub.

E.Həsənəliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.