Tərtərdə qoyun oğruları tutuldu - FOTO
00:36 30-09-2019 830
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb.
HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, Tərtər rayonunun Narlıq qəsəbəsində yaşayan Anar Aslanov rayon polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus xırda buynuzlu heyvanlar həyətyanı sahədən naməlum şəxs və yaxud da şəxslər tərəfindən oğurlanıb.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluq hadisəsi törədən şəxslər rayon sakinləri Elnur Süleyman, Kənan Sadıqov və Rafael Həsənovdur. Həmin şəxslər tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.