Zakir Qaralov: Korrupsiyada ittiham olunan 397 vəzifəli şəxsin işi məhkəməyə göndərilib

11:09 01-10-2019 357

Bu ilin doqquz ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib.

HerGun.Az xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. 

Z.Qaralov qeyd edib ki, prosesdə dövləvətə dəymiş 18 milyon manat vəsait ödənilib:

“Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur”.

İlhamə Əbülfət