Bakıda əlil arabası ilə yoxa çıxdı

10:45 05-10-2019 465

Ağdam sakini Bakıda itkin düşüb.

HerGun.Az xəbər verir ki, paytaxtın Nəsimi rayonunda Muradov Mahir Çərkəz oğlu əlil arabası ilə birlikdə yoxa çıxıb.

Polisə müraciət edən Məmmədov Kəramət Bəyzadə oğlu dayısı M.Muradovu Alı Mustafayev küçəsi 10 ünvanının yan tərəfində əlil arabasında saxlayaraq ondan ayrılıb. Təxminən 20-25 dəqiqə sonra həmin yerə qayıdan K.Məmmədov M.Muradovu orada görməyib.

Fakt araşdırılır.

Dursun Tağıyeva