Bakı-Sumqayıt qatarında növbəti gecikmə

09:18 11-10-2019 8

Bakı-Sumqayıt qatarında yenə texniki nasazlıq səbəbindən gecikmə olub.

HerGun.Az xəbər verir ki, 07:50-də Sumqayıt dəmiryolu stansiyasından hərəkətə başlayan qatar 08:28-də Bakı Sərnişin Stansiyasına çatmalı olduğu halda 15 dəqiqə gecikib. 

Maşinist dəfələrlə əlaqəyə çıxaraq, gecikmənin yoldakı texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.

Samir İsayev