Meyiti yandırılan yaponiyalı bir il sonra evə qayıtdı

14:35 14-06-2018 37

Çayda batdığı bildirilən yaponiyalı kişi öz kremasiyasından bir il sonra evə qayıdıb. 

HerGun.Az xəbər verir ki, bununla bağlı “Daily Mail” nəşri məlumat yayıb. 

Tokio polisinin məlumatına görə, iyunun 13-də bölməyə gələn qadın bildirib ki, bir il əvvəl ölən və ərinə bənzəyən, daha sonra isə kremasiya edilən şəxs onun həyat yoldaşı olmayub. Onun həyat yoldaşı mayda evinə qayıdıb. 

Polis anlaşılmazlığa görə üzr istəyib və cəsədin qalıqlarının digər ailəyə təhvil veriləcəyini bildirib. 

Bir il müddətində həmin şəxsin harada və nə ilə məşğul olduğu açıqlanmayıb.