Terrorçularla əlbir olan şəxs Gürcüstanda saxlanıldı

21:47 10-08-2018 10
loading...

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Batumi şəhərində terrorçularla əlbir olmaq ittihamı ilə axtarışda olan Ruslan Şavadzeni həbs edib. 

HerGun.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilir.

Şavadze 2017-ci il noyabrın 22-də Tbilisi ətrafında keçirilən anti-terror əməliyyatı işi üzrə saxlanılıb. 

Əməliyyat zamanı terrorçuluqda ittiham edilən 3 nəfər, o cümlədən İstanbul hava limanında terror aktının ehtimal edilən təşkilatçısı – Əhməd Çatayev məhv edilib.

Xüsusi xidmətlərin məlumatına görə, Şavadze Çatayevlə birgə Türkiyə - Gürcüstan sərhədini qeyri-qanuni keçib. Daha öncə Şavadze qiyabi olaraq 13 il həbs cəzasına məhkum olunmuşdu.

Cinayət işi üzrə istintaq davam edir.