Türkiyə ABŞ-ın əməllərini cavabsız qoymayacaq

23:40 10-08-2018 10
loading...

Türkiyə ABŞ-ın sanksiyalar vasitəsi ilə göstərdiyi təzyiqi cavabsız qoymayacaq.

HerGun.Az xəbər verir ki, bu barədə Türkiyə XİN rəsmisi Hami Aksoyun bəyanatında deyilir.

Türkiyə xarici siyasət idarəsində həmçinin qeyd ediblər ki, Amerika hokumətinin qərarı Ümumdünya Ticarət Təşkilatının qaydalarına ziddir.

“ABŞ anlamalıdır ki, bu cür sanksiyalar və təzyiqlə heç nə qazana bilməyəcək. Bu hərəkətlər yalnız ağır sınaqlardan keçmiş müttəfiq münasibətlərimizə ziyan vuracaq”, - bəyanatda deyilir.

XİN rəsmisi qeyd edib ki, Ankara həmişə problemlərin “diplomatiya, xoş məram və qarşılıqlı anlaşma” yolu ilə həllinin tərəfdarı olub.