Moldovalı erməni həbsxanasında özünə qəsd etdi

13:25 12-08-2018 4
loading...

“Armavir” Cinayət İslah İdarəsində cəza çəkən Moldova vətəndaşı həbsxana kamerasında özünə qəsd edib.

HerGun.Az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, 1976-cı il təvəllüdlü Moldova vətəndaşı özünü kamera pəncərəsinin dəmir barmaqlığından asıb.

Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. Məhkumun ölümünün təfərrüatları araşdırılır.