Dənizdə iki nəfər boğulub, biri xilas edilib

16:18 14-07-2019 8

Bilgəh çimərliyində iki nəfər dənizdə boğulub.

HerGun.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin ərazidə olan xilasediciləri dənizdə batan iki nəfərdən birini xilas edə biliblər.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ona ilkin yardım göstərib. Vəziyyəti yaxşıdır.

Digər şəxsin axtarışları isə davam etdirilir.