Türkiyədə Bakının azad edilməsinin 100 illiyinə videoçarx hazırlandı - VİDEO

01:10 16-09-2018 18
loading...

Türkiyə Silahlı Qüvvələri Bakı şəhərinin azad edilməsinin 100 illiyi münasibətilə videoçarx hazırlayıb.

Oxu.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan videoçarxda Azərbaycan və Türkiyə ordularının ortaq təlimlərini əks etdirən kadrlar yer alır, eləcə də şerlər, azərbaycanlı uşaqların oxuduqları “Yaşa mənim xalqım” mahnısı səsləndirilir.

Videoçarx Türkiyə Respublikasının banısi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” ifadəsi ilə tamamlanır.