“Florens” fırtınasının yaranmasında insanları ittiham edildi

01:40 16-09-2018 16
loading...

“Florens” fırtınası iqlimin dəyişməsi səbəbi ilə bir qədər də dağıdıcı xarakter alıb.

HerGun.Az xəbər verir ki, belə qənaətə Nyu-York ştatı Universitetinin alimləri gəliblər.

Qeyd edək ki, “Florens” fırtınası ABŞ-ın Şərq sahillərində meydana gəlib. Təbii fəlakət nəticəsində 8 nəfər həlak olub.

Alimlərin fikrincə, parnik qazlarının atmosferə hədsiz dərəcədə tullanması fırtınanın şiddətini artıran əsas amildir. Araşdırmalar nəticəsində bəlli olub ki, qlobal istiləşmə ekstremal yağıntıların sayını 50% artırıb.