Arda Turan və Berkay arasında olan silahlı davanın görüntüləri - VİDEO

10:05 13-10-2018 11
loading...

Müğənni Berkay Şahin Arda Turan arasında olan davanın videosu yayılıb.

HerGun.Az xəbər verir ki, görüntüləri “Kanal D” əldə edib.

Oxu:
Videoda onların içəridə dava etdikdən sonra məkandan çıxdıqları görünür. Onları sakitləşdirənlər arasında məkanın sahibi, aktrisa Tuba Büyüküstünün sevgilisi Umut Evirgen, aktyorlar Oğuzhan Koç, İbrahim Büyükakın da olduğu ortaya çıxıb.
 Oxu: 

Daha sonra Berkay xəstəxanaya gedir. Arda Turan isə onun ardınca eyni xəstəxanaya yollanır. Xəstəxanada söhbət edən Arda silahı atəşə hazır vəziyyətə qoyub Berkaya verir. Onlar silahı bir-birinin üstünə atır. Daha sonra silahdan atəş açılır və güllə məkandakı printerə dəyir.

Silah səsinə rəğmən, heç kimin otağa yaxınlaşmaması da diqqətdən yayınmır. Daha sonra Arda onu gözləyən yoldaşları ilə xəstəxanadan ayrılır. Xəstəxanadan ayrılan zaman onu qarşılamağa gələnlər sırasında müğənni Murat Dalkılıçın da olduğu görünür.

Oxu: 
Qeyd edək ki, iddiaya görə, Arda Turan məkanda əylənən Berkayın həyat yoldaşı Eda Şahinə söz ataraq, evli olmasa, onu əldə edə biləcəyini deyib. Onun bu hərəkəti isə Berkayın gözündən yayınmayıb və onlar arasında dava yaranıb. Arda Turan Berkayın burnunu sındırıb.

Pərviz Hüseyn