Lukaşenko Putinə kiçik vətənini göstərdi - VİDEO

10:46 13-10-2018 11
loading...

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə kiçik vətəni hesab etdiyi Aleksandriya aqroşəhərini göstərib. 

HerGun.Az xəbər verir ki, burada liderlər bir neçə saat qeyri-formal söhbət edib, Lukaşenkonun böyüdüyü evə baxıb, kənddə gəzib, yerli gözəlliklə tanış olublar. 

Qeyd edilib ki, liderlər modernləşdirilmiş 1960-cı il buraxılışı olan “QAZ-69” avtomobilində gəziblər. Avtomobili Lukaşenko özü idarə edib. 

Belarus prezidentinin doğma evində Putin üçün xüsusi yeməklər hazırlanıb və liderlər Belarusun milli içkisini dadıblar.

HerGun.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar