Melaniya Trampın geyimi başına bəla oldu - FOTO/VİDEO

05:00 29-08-2020 655

ABŞ-ın birinci xanımı Melaniya Trampın Respublikaçılar Partiyasının seçkiqabağı qurultayına geyindiyi paltar başına bəla olub.

Bu barədə “Meduza” xəbər yayıb.

Belə ki, onun seçdiyi paltarın rəngi uğursuz olub: yaşıl rəng adi xromokeydir, onun üzərinə istənilən  təsvir və videoları yerləşdirmək mümkündür.

Beləliklə, Melaniya Trampın paltarı eksperimentlər üçün kətana çevrilib: onun üzərində hava məlumatı, məqalə başlıqları və hətta ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenin (2020-ci il prezident seçkilərində Donald Trampın əsas rəqibi) əks olunduğu videolar nümayiş olunub.