Maska taxmaqdan imtina edən şəxs digər sərnişinlərlə əlbəyaxa davaya çıxdı - VİDEO

06:40 29-08-2020 467

Cənubi Koreyada orta yaşlı kişi sərnişinlərin “maskanızı taxın” iradına sərt münasibət göstərib.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, karantin qaydalarına məhəl qoymaq istəməyən sərnişin ayaqqabısını çıxararaq digər sərnişinlərə hücum edib, əlbəyaxa davaya çıxıb.

Növbəti dayanacaqda polis onu saxlayıb.

Qaydalara əməl etməyən kişi cərimələnib.