Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - AÇIQLAMA

11:20 29-08-2020 352

Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Virusla bağlı vəziyyət sabitləşib və yoluxmalar azalıb. 

HerGun.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir:

“Keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də, əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub”.

Könül Cəfərli