Berlin karantinə etiraz edir - VİDEO

17:20 29-08-2020 463

Almaniyada təxminən 18 min etirazçı paytaxt Berlinin mərkəzinə toplaşıb.

RTV xəbər verir ki, onlar hökumət tərəfindən koronavirusa görə tətbiq edilən karantin qaydalarına etiraz edirlər.

Polis nümayişin keçirilməsinə qadağa qoysa da, Berlin məhkəməsi maska taxmaq və məsafə qaydalarına riayət etməklə aksiyaya icazə verib.

Ancaq görüntülərdən məlum olur ki, insanlar qaydalara əməl etmirlər.