Fyodor Yemelyanenkonun məşqçisi vəfat edib - FOTO

01:20 30-08-2020 515

Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Fyodor Yemelyanenkonun məşqçisi Vladimir Voronov vəfat edib.

Bu barədə xəbəri F.Yemelyanenko öz “Instagram” səhifəsində paylaşıb.

Rusiyalı idmançı qeyd edib ki, V.Voronov onun ailə üzvlərindən biri və çox tələbkar məşqçi olub:

“Həyatımın çətin və xoşbəxt anlarında həmişə yanında olub”.