Xızıda Aşura məclisi keçirmək istəyənlər saxlanıldı - FOTO

22:20 30-08-2020 366

Xızıda Aşura mərasimi keçirmək istəyən şəxslər məsuliyyətə cəlb olunublar.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupu məlumat yayıb.

Məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şurabad qəsəbəsi ərazisindəki məscidinin qarşısında Aşura mərasimi keçirmək istəyən şəxsləri saxlayıblar.

Polis əməkdaşları tərəfindən mövcud karantin qaydaları pozaraq mərasim keçirmək istəyən dörd nəfər qəsəbə sakini saxlanılaraq şöbəyə gətirilib, burada onlar barəsində qanunauyğun tədbirlər görülüb və hər biri 200 manat miqdarında cərimə ediliblər.