Zabit Səmədov Bakıda peşəkar döyüş məktəbi açdı - VİDEO

18:18 11-02-2019 5

“Mauqli” ləqəbi ilə tanınan, dəfələrlə dünya çempionu olmuş Zabit Səmədov öz peşəkar döyüş məktəbini açıb.

HerGun.Az xəbər verir ki, Məktəb Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında ayrılmış xüsusi yerdə fəaliyyət göstərəcək. 

Açılış mərasimində Zabitlə bərabər, onun idmançı həmkarları, tanınmış simalar və şou-biznes nümayəndələri iştirak ediblər.

Altı yaşından yuxarı hər bir şəxs “Zabit Səmədov döyüş məktəbi” adı ilə fəaliyyət göstərəcək məktəbə yazıla bilər. 

Döyüş məktəbinə mart ayından etibarən Belarus, Rusiya, Ukrayna və Tailandın tanınmış idman ustaları dəvət olunacaq.

Eyni zamanda ayda iki dəfə olmaqla Zabit Səmədovun özünün və bir sıra dünyaşöhrətli idmançıların iştirakı ilə master-klasslar təşkil ediləcək.

“Zabit Səmədov döyüş məktəbi” prezident İlham Əliyevin dəstəyi ilə yaradılıb. 

Qeyd edək ki, Zabit Səmədov uzun illər Belarusda yaşayıb. Peşəkar idmançı artıq bir ildir ki, Azərbaycana köçüb və fəaliyyətini burada davam etdirir.

Rəşad Əliyev

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar