Rusiyada ağ ayılara görə fövqəladə vəziyyət elan olundu - VİDEO

10:00 12-02-2019 7

Novaya Zemlya arxipelaqında ağ ayıların yaşayış məntəqələrinə hücumu kütləvi hal alıb.

Vesti.ru”nun məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar arxipelaqda fövqəladə vəziyyət rejimi qüvvəyə minib.

Arxipelaqın qəsəbələri yaxınlığında əvvəllər ağ ayıların sayı 10-dan çox olmadığı halda, indi yaxın çevrədə 52 yırtıcı qeydə alınıb.  Ayılar özlərini olduqca aqressiv aparır, evlərə və xidməti binalara daxil olurlar.

Yaşayış məntəqələrində yırtıcıları gur səs və işıqlar, həmçinin, it və avtomobillərin köməyi ilə qovan patrullar təyin olunub.

Ağ ayılar “qırmızı kitaba” düşdüyündən onlara atəş açılması və öldürülməsi qadağan edilib.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar