Göyçayda qadın abort zamanı öldü

15:54 12-02-2019 30

Göyçay rayonunda iki uşaq anası abort zamanı dünyasını dəyişib. 

HerGun.Az-ın məlumatına görə, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Göyçayda yaşayan 1990-cı il təvəllüdlü, Ağstafa sakini Əliyeva Nurlanə Əlişirin qızı abort üçün xəstəxanaya müraciət edib. O, abort zamanı dünyasını dəyişib.

Səhiyyə Nazirliyi məlumatı saytımıza təsdiq edib: 

“Qadın hamiləliyin süni dayandırılması məqsədilə qanaxma ilə xəstəxanaya daxil olub”.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hadisə barədə ilk məlumatı Report yayıb.

İlhamə Əbülfət

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar