“Rustavi 2” satışa çıxarıldı

14:45 12-08-2019 531

Gürcüstanın “Rustavi 2” telekanalı satışa çıxarılıb.

“RİA Novosti” xəbər verir ki, bu haqda televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bildirib.

O deyib ki, kanalı satmasına səbəb 24 milyon dollardan çox borcunun olmasıdır.

İş adamı bildirib ki, şirkəti dərin maliyyə böhranından çıxara bilmir və müflisləşmə həddindədir.

O qeyd edib ki, kanalın alqı-satqısı üçün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidən başqa istənilən şəxslə danışıqlara hazırdır.