Şahmat millimiz dünya çempionatını qələbə ilə başa vurdu

17:18 14-03-2019 17

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına yekun vurulub. 

HerGun.Az xəbər verir ki, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX – sonuncu turda autsayder Misirə 2,5:1,5 hesabı ilə qalib gəlib.

Komandamız səkkiz xal toplayıb və 10 iştirakçı arasında səkkizinci olub.

Rusiya 16 xalla dünya çempionluğunu qazanıb. İngiltərə ikinci, Çin isə üçüncü yeri tutub.