Bakı-Qazax yolunda yol qəzası: Piyada öldü - FOTO

02:00 16-03-2019 19

Bakı-Qazax yolunun Goranboy rayonu Dəliməmmədli şəhərindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı Məmmədov Gündüz Gülağa oğlunun idarə etdiyi “Mersedes” markalı 01-AD-207 dövlət nömrə nişanlı TIR yolu keçmək istəyən piyada, Dəliməmmədli şəhər sakini 1977-ci il təvəllüdlü Əmirahov Eldar Əmirah oğlunu vurub.

Hadisə aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalar başlanılıb.