Çində koronavirusa yoluxma sayında son altı ayın rekordu qeydə alındı
00:40 21-07-2021 317
Çində ötən sutka ərzində koronavirusa 65 yoluxma qeydə alınıb.
Bu barədə “İnterfaks” yazıb.
Sözügedən göstərici 2021-ci ilin yanvarın 30-dan sonra qeydə alınan ən yüksək göstərici olub. Yoluxma hallarının 57-si ölkəyə xaricdən gələnlərdə, səkkizi isə daxildə qeydə alınıb.