Yeni Zelandiyada məscidə baxış zamanı daha bir nəfərin meyiti tapıldı

01:45 17-03-2019 6

Yeni Zelandiyada məscidlərə hücum zamanı ölənlərin sayı artıb.

Reuters” xəbər verir ki, ölkə polisinin komissarı Mayk Buş ölənlərin sayının 50-yə çatdığını bildirib.

Qeyd olunur ki, polislər məscidlərin birinə baxış keçirərkən daha bir nəfərin meyitini tapıblar.