Azərbaycanlı çeçen döyüşçünü nokauta göndərdi - VİDEO

17:54 17-03-2019 14

Sankt-Peterbuqda qarışıq döyüş növləri üzrə turnir keçirilib. 

HerGun.Az xəbər verir ki, azərbaycanlı idmançı Tural Rəhimov döyüşlərin birində məğlubedilməz Əhməd Şervaniyevlə qarşılaşıb. 

Döyüş ilk raundda başa çatıb. T. Rəhimov rəqibini nokauta göndərərək qələbə qazanıb. 

Qeyd edək ki, Ə. Şervaniyev Qroznı şəhərinin “Ahmat” klubunu təmsil edir.

T. Rəhimov 2012-ci ildə Azərbaycandan Sankt-Peterburqa köçüb. O, Ə. Şervaniyevlə döyüşə Bakıda hazırlaşıb.