Maştağada sərxoş piyada vuruldu

06:09 16-08-2019 456

Sabunçu rayonunda 37 yaşlı kişini avtomobil vurub.

HerGun.Az xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili sərxoş vəziyyətdə yolu keçmək istəyən piyada, 1982-ci il təvəllüdlü Qəmbərov Amur Fəxrəddin oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Ona üzün əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu