Bakıda 19 yaşlı qız itkin düşüb

18:18 16-04-2019 30

Yasamalda 19 yaşlı qız itkin düşüb.

HerGun.Az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarına qızın anası Xanbabayeva Kifayət Xanbaba qızı məlumat verib.

Belə ki, aprel ayının 13-də evdən çıxan 2000-ci il təvəllüdlü Xanbabayeva Türkan İsmayıl qızı Paytaxtın Yasamal rayonunda saat 19 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli