Azərbaycanda təhsil alan bu tələbə 430 manat təqaüd alır

21:45 16-04-2019 23

Azərbaycanda ən yüksək təqaüdü alan ən yaşlı tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. O, Filologiya fakültəsinin ikinci kurs tələbəsi – 50 yaşlı Əfsəl Qazıyevdir.

Bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Əfsəl Qazıyev 430 manat təqaüd alır. O 130 manat - əlaçı təqaüdü, 200 manat - rektorun əmri ilə ən yaşlı tələbə təqaüdü, və 100 manat - 6 fəndən 100 bal topladığına görə təqaüd alır.