Avtomobil aşdı, sürücü hadisə yerində öldü - FOTO

22:36 16-04-2019 23

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Kür yolu deyilən ərazisində qeydə alınıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, sürücü 1970-ci il təvəllüdlü Qurbanov Azər Hidayət oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil körpünün kənarındakı məhəccərə çırpılaraq aşıb.

Sürücü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev