Karantin qaydalarını pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb edildi - FOTO

14:20 26-08-2021 454

Zaqatala rayonu, Dağlı kəndində fəaliyyət göstərən “Röya” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.