Nyu-Yorkda vertolyot qəzaya uğrayıb - VİDEO

04:00 16-05-2019 8

Nyu-Yorkda vertolyot Qudzon çayının sularına düşüb.

HerGun.Az xəbər verir ki, vertolyot çay üzərində uçan zaman idarəetməni itirib və qəzaya uğrayıb. 

Xilasedicilər pilotu helikopterdən çıxarıblar. Nyu-York Polis İdarəsinin katerləri vertolyotu pirslərin birinə tərəf dartıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.