İsrail səfiri Qubaya səfər edib – FOTO

23:40 30-09-2021 293

Bu gün səfir Litzenberger, İsrail səfiri George Deek ilə birlikdə Qubada yerləşən, dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə səfər edib.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki,  “Dağ Yəhudiləri” muzeyinin direktoru İqor Şaulovun keçirdiyi tur zamanı səfir Litzenberger dağ yəhudilərinin mədəni əhəmiyyəti və tarixi ilə tanış olub və bölgənin, o cümlədən mədəni irsin qorunması və turizmin daha da inkişaf etdirilməsi üçün ABŞ-nın İsrail və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə edib.