Rusiyada koronavirusdan ölüm sayında növbəti antirekord

05:40 01-10-2021 363

Rusiyada son 24 saatda koronavirusdan 867 nəfər ölüb.

Sözügedən nəticə pandemiya dövrü üçün rekord sayılıb. Ümumilikdə qonşu ölkədə koronavirusdan ölənlərin sayı 207255-ə çatıb.

Xatırladaq ki, Rusiyada ötən gün də rekord qırılmış sutka ərzində koronavirusdan 857 nəfərin öldüyü açıqlanmışdı.

Mənbə: “Russian Today”