Prezidentdən sənədsiz evlərlə bağlı mühüm tapşırıq

09:36 17-05-2019 10

Prezident İlham Əliyev sənədsiz evlərin rəsmiləşdirilməsi üçün müvafiq tapşırıq verib. 

HerGun.Az-ın xəbərinə görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonu Binəqədi qəsəbəsində sakinlərlə görüşündə məlumat verib. 

Onun sözlərinə görə, tapşırığa uyğun olaraq, xüsusi komissiya yaradılıb:

“Bəzi sakinlər uzun illər yaşadığı evi rəsmiləşdirə bilmir. Yəqin ki, yaxın günlərdə bu məsələ nəinki Bakıda, bütün respublikada öz həllini tapacaq”.

Samir İsayev