Jurnalisti axtaran iki hərbçini sel apardı

22:36 17-05-2019 10

Türkiyənin Anadolu agentliyinin qar uçqunu altında qalaraq itkin düşən əməkdaşı Abdülkadir Nişancının axtarışında iştirak edən iki hərbçini sel aparıb.

Axtarış-xilasetmə işlərində iştirak edən hərbçilərdən ikisinin itkin düşməsi səbəbindən bölgəyə əlavə xilasedici briqadalar cəlb olunub.

Görülən tədbirlər nəticəsində ölən əsgərlərin cəsədləri sudan çıxarılıb.

Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da qar uçqunu altında qalıb.