İbrahimoviç iki oyunluq cəzalandırılıb

03:54 18-05-2019 6

"Los Angeles Galaxy"-nin isveçli hücumçusu Zlatan İbrahimoviç MLS-də iki oyunluq cəzalandırılıb.

Oxu.az “The Sun”-a istinada bildirir ki, forvarda belə bir cəza "New York City" klubunun qapıçısı  Şon Consonla aralarında yaşanılmış insidentə görə verilib.

İbrahimoviçin komandasının 0:2 hesabı ilə uduzduğu görüşün sonunda isveçli hücumçu topla qapının tirinə vurub, bundan sonra qapıçı İbrahimoviçə yaxınlaşaraq onu itələyib. Zlatan isə opponentinin boğazında yapışıb, nəticədə qapıçı yerə yıxılıb. Consonu da eyni cəza gözlədiyi hələ məlum deyil.

Qeyd edək ki, cari mövsümdə İbrahimoviç MLS çempionatının 10 oyununda iştirak edib və dördü penaltidən olmaqla artıq 10 qolun müəllifidir.  Oyunçunun klubla müqaviləsi cari ilin dekabrının 31-ə kimi qüvvədədir.