İtkin düşən 13 yaşlı qız tapıldı

10:54 11-09-2019 12

Suraxanı rayonunda itkin düşən 13 yaşlı qız 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Bu barədə HerGun.Az-a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Qeyd edək ki, Suraxanı qəsəbə sakini, 2006-cı il təvəllüdlü Nelli Ağayeva avqustun 30-da axşam saatlarında evi tərk edib. 10 sentyabr tarixində polis yeniyetməni tapıb. Nelli qohumlarının evində olub və bu barədə ailəsinə məlumat verməyib.

Bundan əlavə, Nərimanov rayonunda da 13 yaşlı qız itkin düşüb. Salmanova Aytac Ruslan qızı 8 sentyabr tarixində, 15:00 radələrində evdən gedib. Onun axtarışları ilə Nərimanov rayonu, 17-ci Polis Bölməsi məşğul olub. Hələlik itkin düşən şəxs barədə məlumat yoxdur.

Bununla əlaqədar hüquq-mühafizə orqanları valideynlərdən övladlarına qarşı, xüsusən də yeniyetməlik dövründə diqqətli olmağı tövsiyə edirlər. Məhz bu yaş dövründə uşaqlar dostları ilə, əks cinsin nümayəndələri ilə yeni münasibətlər qurmağa başlayırlar.

Ramella İbrahimxəlilova