“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO

08:00 14-11-2019 216

Dubayda avtomobil şousunda Yaponiyanın “Aspark” şirkəti yeni “Owl” modelini təqdim edib.

HerGun.Az Risiya KİV-lərinə istinadən xəbər verir ki, bu hazırda dünyada ən sürətli və güclü idman elektromobilidir.

“Owl” - “bayquş” kimi tərcümə olunur. O, 2012 at gücünə malik mühərriklə təçhiz olunub. Bu mühərrik 100 km/s sürətini 1,9 saniyəyə yığmağa imkan yaradır. Superkarın maksimal sürəti isə 400 km/s-dır.   

69 kilovatlıq akkumlyator doldurulmasız 450 kilometr məsafəni qət etmək imkanı verir.

“Bayquş” tamamilə yüngül karbonlu plastikdən hazırlanıb. Buna baxmayaraq, mühərrikin və akkumlyatorun hesabına maşının ümumi çəkisi 1900 kiloqrama çatır.

“Aspark” şirkəti 50 ədəd “Owl” buraxmaq niyyətindədir. “Bayquş”un hər birisi 3 milyon evroya (5,6 milyon manat) satılacaq.