YARIMÇIQ YAZILMIŞ DASTAN

 

ŞƏHİD RÜSTƏMLİ  BƏHRUZ. MALİK OĞLU

18:56 19-03-2024 327

   İnsan  dünyaya bir dəfə gəlir. Dünyaya gələn hər bir insan Uca Tanrı tərəfindən ona verilən ömür pyını yaşayır. Bu ömür payı da  hər bir insan üçün müxtəlif olur. Qurub-yaradan insanlar, sülh istəyən insanlar, müharibə və çirkin əməllər istəyən insanlar, yaradıcı insanlar və  bir də gələcək nəsillərin  firəvan yaşaması, xoşbəxtliyi üçün  yaşayan insanlar.  Gələcək nəsillərin azad, firəvan yaşaması üçün  yaşayan insanlar  vətənini, yurdunu, elini-obasını, torpağını canlarından çox sevənlərdir.  Bu insanlar şəhidlər, qazilərdir.

    Vətən uğurunda şəhid olmaq adi ölüm deyil. ŞƏHİDLİK - Vətəni, torpağı, böyük amallar uğurunda   şüurlu  surətdə  Tanrı tərəfindən verilmiş ömür  payını  el-oba üçün, insanların xoşbəxtliyi üçün bağışlamaqdır. Belə yüksək amal uğurunda, torpaqlarımızın azadlığı uğurunda  qəhrəmancasına həlak olan şəhidlərimizdən biri  haqqında  dastan yazmaq istəyirəm.

    Şəhid  Rüstəmli  Bəhruz. Malik oğlu.  Bu adı indi  təkcə doğulduğu Qəhrəmanlı qəsəbəsində deyil, Beyləqanda, Azərbaycanda hər kəs tanıyır. Onun igidliyi ilə fəxr edir, qürur duyur.

    Rüstəmli  Bəhruz, Malik oğlu, 01 oktyabr 1998-ci il tarixdə  Beyləqan rayonunun  Qəhrəmanlı  qəsəbəsində anadan olub.   

   O, doğulduğu Qəhrəmanlı qəsəbəsində fəaliyyət göstərən şəhid T.Məmmədov adına  tam orta məktəbdə birinci sinifə daxil olub və 2013-cü ildə həmin  məktəbi uğurla bitirib.

   Məktəbdə oxuduğu illər ərzində sinif yoldaşlarının, müəllimlərin rəğbətini qazanıb. Onu tanıyanların yaddaşında  istiqanlı, təvəzökar, qayğıkeş,səmimi bir şagird kimi  qalır. Bəhruz  hələ uşaq ikən atasını itirir.

    Ailədə iki qardaş olan Bəhruz  ev işlərində də  anasına yaxından köməkliklər edir.  Böyük qardaşı Mövlanı çox sevərdi, ona arxalanar, güvənərdi.Qardaşı ilə fəxr edərdi.  

   Bəhruz  2013-cü il tarixdə  Beyləqan rayonu Qəhrəmanlı qəsəbə şəhid   T.Məmmədov adına tam orta məktəbi bitirir.

    2015-ci illdə Beyləqan rayon Hərbi Komissarlığı tərəfində həqiqi hərbi xidmətə  çağırılıb. Xidməti  borcunu  ləyaqətlə  davam edib. Burada  əsgər yoldaşlarının , komandirlərin  hörmətini qazanıb. Komandirləri tərəfindən  təşəkkürnamələr alıb.İçində hərbiçi olmaq arzusu yaranıb…

   2017-ci il tarixdə hərbi xidmətini bitirib doğulduğu Qəhrəmanlı qəsəbəsinə qayıdır. Hərbiyə marağı onu  yenidən ordu sıralarına aparır. 

    2017-ci ildə Füzuli rayonunda “ N” saylı hərbi hissədə xidmətini davam etdirir.

  2018-ci ildə Çavuş rütbəsi alır. Vətənin keşiyində dayanır. Üzərinə düşən  vəzifələrin öhdəsindən  ləyaqətlə gəlir. 

   2020-ci ild sentyabr ayının 27-də başlanan Vətən müharibəsində qələbəmizin qazanmasında əlindən gələni əsirgəmir. 44 gün davam edən döyüşçülərdə  igidliklər göstərir. Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidməti edən Bəhruz döyüşlərdə də cəsurluq, qorxmazlıq, igidlik göstərir. Müharibədə göstəərdiyi  igidliklərə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına  görə” meddalları ilə təlltif olunur. “Vətən müharibəsi  iştirakçısı” medalı  ilə təltif olunub.

    44 günlük müharibədən sonra da Bəhruz  Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam edir. Göstərdiyi  nümunəvi xidmətdən, onun igidliyindən, qormazlığından   zabit və əsgərlər ürək dolusu danışır, onunla fəxr etdiklərini deyirlər. Komandir və döyüş yoldaşları arasında öz qorxmazlığı, cəsurluğu,igidliyi ilə seçilərdi. Elə buna görə də döyüşlərdə ən qaynar nöqtələrdə  Bəhruzu görmək olardı.

   2022-ci il tarixdə sentyabr ayında mənfur ermənilər yenə də atəşkəsi pozaraq  ölkəmizə qarşı terror əməliyyatlarına başladı. Bəhruz da digər  döyüşçü yoldaşları kimi anti terror   əməliyyatlarrda iştirak edib.

   20 sentyabr 2023-cü il tarixdə növbəti antiterror  əməliyyatı zamanı Rüstəmli Bəhruz Malik oğlu şəhidlik zirvəsinə ucallıb.

   Subay idi.

   Bəhruz şəhidlik  zirvəsinə ucaldıqdan sonra  “Vətən uğurunda”, “Vətənə xidmətə görə “ 3- dərəcəli ordenə layiq görülüb.”

  Bəhruuzun  adını əbədiləşdirmək üçün doğulduğu Qəhrəmanl qəsəbəsində  küçələrdən biri  Rüstəmli Bəhruz Malik oğlunun adını daşıyır. Bu küçə ilə hər gün məktəbə gedən uşaqlar böyüyəndə Bəhruz kimi igid olub, vətənin keşiyində  dayanmağı , onun kimi  qəhrəman olmağı arzulayırlar.

   Vaxtı ilə oxuduğu məktəbdə Bəhruz Rüstəmlinin adına sinif otağı da verilib. Dərsə gələn uşaqlar burada Bəhruzun keçdiyi  döyüş yolu barədə  məlumatlar alırlar. Müəllimləri Bəhruzun  44 günlük  müharibədə göstərdiyi igidlikdən və antiterror əməliyatı zamanı  göstərdiyi şücaətlər barədə  şagirdlərə  mütamadi olaraq  bilgilər verirlər.

    Şəhidimizin anası Hüseynova Sevinc Feyzulla qızı:

-İki övladımız olub, Bəhruz və Mövlan. Onlar atalarını uşaq ikən itiriblər. Atasız böyütmüşəm övladlarımı.Çalışmışam ki, onlar atasızlığı hiss etməsinlər. Hər bir valideyin üçün övladı şirindir.  Mənim övladlarm da  mənim üçün  şirindir. Heç bir ana istəməz ki  övlad dağı görsün. Oğlum  vətən müharibəsindən  qəhrəman kimi qayıtmışdı. Vətənimizi  mənfur düşmənlərdən azad edənlərdən biri də Bəhruzum olub.  Anti terror əməliyyatı zamanı  şəhidlik zirvəsinə ucalıb, oğlum.Bu itki ilə barışa bilmirəm. Bəhruzuma  toy edəcəkdim. Qismət olmadı

Mövlan  Bəhruzdan iki yaş böyükdür. Alaha şükürlər edirəm ki, belə övladlarım var.

 Ağrılı-acılı günlərimiz də olub.  Belə çətin anlarımda  hər iki  övladım  mənə dəstək olublar. Bəhruz  elə uşaq vaxtlarından  bütün ev işlərində mənə yaxından  köməkliklər edərdi. Ei-oba arasında böyük  hörmətli  olub.İnsanların xeyirnə, şərinə yarayıb.

   Bəhruz kimi  övladlarımla  fəxr edirəm. Şəhidlərimizin sayəsində bu torpağın üstündə alnı açıq gəzirik. Allah bütüm şəhidlrimizə rəhmət eləsin!

   Şəhidimizin qardaşı Rüstəmli Mövlan Malik oğlunun dediklərindən:

-Qardaş itkisi çox ağırdır. Qardaşımla fər edirəm.

Bəhruzun idmana böyük marağı olub. Amma,  ən çox sevdiyi idman növü futbol olub.  Yaxşı yadımdadı 2014-cü ilin may ayının 7-də futbol üzrə rayon birinciliyində komandaları  birinci yer tutbuğuna görə çox sevinirdi. Beyləqan rayon  Uşaq Gənclər İdman Məktəbinin  futbai üzrə keçirdiyi rayon birinciliyində I yer tutduqlarına görə  ona Diplom vermişdilər.  Sevincini mənimlə bölüşərək   gələcəkdə yaxşı futbolçu olmağını da mənə demişdi. Amma onun  bütün arzuları yarımçıq qaldı…

   2020-ci il,  27  sentyabr .

  Bu müharibə zamanı şəhid və qazilərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirəm.

    Bəhruz  44 günlük Vətən müharibəsindən sağ qayıdan igidlərimizdən biri oldu.

   Bəhruz kimi  igidlər 44 günlük vətən müharibəsində  sücaətlər göstərərək  mənfur  düşmənlərimiz üzərində qələbə qazandılar.Zəfər  bayramını bizlərə yaşatdılar.

   2020-ci il  Zəfər bayramını  təntənəli surətdə  dost-qardaş ölkələrlə birgə reyd etdik. Bu zəfərin qazanılmasında Bəhruzun da az da olsa  xidməti olduğu üçün  fəxr edirdi.  20 dekabr 2020-ci il tarixdə xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən

-31 dekabe  Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla  təltif olunub.

Müharibədən sonra da  -Xüsusi Təyinatlı Qüvvələrdə  xidnətini davam edib.

   2018-ci ildən  Bəhruzla  bir yerdə xidmət edən  döyüşçü yoldaşı  Abbasov Əmrah  onun haqqında  danışır:

- 2023-cü ildə Xocavənd dağlarında  anti terror əməliyyatı  zamanı şiddətli döyüşlər gedirdi.  Döyüş zamanı   bir yerdə idik. Bərabər döyüşürdük. Bu zaman bizim döyüşçülərdən bir nəfər yaralandı.Yaralı döyüşçü elə yerdə idi  ki, heç kim ona yaxınlaşa bilmirdi. Mənfur düşmən həmin yeri  minamiyot atəşi ilə  ara vermədən vururdu.

   Bəhruz düşmənə atəş aça-aça  həmin yerə  yaxınlaşdı. Yaralını oradan çıxartıdı. Yenidən döyüşə atıldı. Bu zaman  Bəhruzu vurdular.  Yaralandı. Yerə yıxıldı. Qalxdı. Silahını götürüb başladı irəliləməyə. Bu zaman  mənfur düşmən  ikinci dəfə  minamyotla  Bəhruz hücum etdiyi yeri atəşə tutdu.  Minamyot  mərmisi onun sol tərəfinə düşdü.  Mərmi Bəhruzu olduğu yerdən 30 metrə qədər  kənara tulladı…

  Mən  Bəhruzun yanına  çatıb onu çıxarmaq istəyəndə gördüm ki,  Bəhruz  şəhidlik  zirvəsinə ucalıb. Allah rəhmət eləsin.

Bəhruzun yaralı halda çıxartdığı  döyüşçü  isə  qərərgah rəisidi, sağdır.

 

Şair, publisist Tahir Hüseyn:

-Kimlərinsə məsəl çəkməsi ilə deyil,

Allahın seçməsi ilədir şəhidlik.

Başqalarını  özlərindən çox sevənlərdir, Şəhidlər.

Vətəni başqalarında  çox  sevənlərdir , Şəhidlər.

Allahı- hamıdan  və hər şeydən çox sevənlərdir , Şəhidlər!

 

Onlar Haqq üçün əkilənlərdir,

Onlar Haqq üçün seçilənlərdir.

Onlar haqq önündə kiçilənlərdir,

Onlar Haqq üçün biçilənlərdir.

“Quran”Ali İmran surəsi  169, 170, 171…

 

Sən heç kimə yük deyilsən Şəhidim,

Sən həm də tək deyilsən Şəhidim.

 

Çoxlarının çata bilməyəcəyi

Uca  Məkana,

Uca Məqama,

Uca ad-sana

 

Cavankən çox qıısa bir yolla,

Çox qısa bir ömrlə,

Əbədilik qazanan Allahı razı salan,

İnsan və insanlıq

Nümunəsisiniz,

Cəmi  Şəhidlərimiz!!!

   Allahın salamı olsun, cəmi Şəhidlərimizə, Qazilərimizə. Vətənin keşiyində hər an  döyüşə hazır olan əsgər və zabitlərimizə. Sizlərin sayəsində  VƏTƏNİMİZ AZADDIR!!!

 

UCA MƏQAMLI ŞƏHİDLƏR

 Rəbbi  üçün əkiliblər,

Rəbbi üçün seçiliblər,

Rəbbi üçün biçiliblər

Uca məqamlı şəhidlər.

 

Əllərini açıb göyə,

Oxuyarlar surə, ayə.

Əməyiniz getməz zayə,

Uca məqamlı şəhidlər.

 

Vətənə can verənlərdir,

Haqq qədrini bilənlərdir.

İgidlərdir, ərənlərdir,

Uca məqamlı şəhidlər.

 

Dərdi sıxıb sinəsinə,

Dərdi vermir özgəsinə.

Dözmür ürək, dözmür sinə,

Uca məqamlı şəhidlər.

     Bəhruzun timsalında  bu şeiri bütün  şəhidlərimizə  həsr edir, Tahir Hüseyn.

    14 mart 2024-cü il tarixdə  şəhidimizi ziyarət etdik.

   Həmin gün şair dostum Tahir Hüseynlə şəhid Bəhruz  Rüstəmlini  və şəhidlərimizi ziyarət etdik. Onu da qeyd edim ki, şəhid Rüstəmli Bəhruz Malik oğlunun məzarı Beyləqan rayonunun  Bahar qəsəbəsində şəhidlər xiyabanındadır. Şəhidlər xiyabanı və qəbrstanlıq insanlarla  əhatə olunmuşdu. Elə bil bütün Beyləqan bura toplaşmışdı. Şəhidlər xiyabanında  uyuyan şəhidləri anmaq üçün ölkəmizin müxtəlif guşələrindən insanlar  buraya gəlmişdilər.  Buraya ziyarətə gələnlər bilirlər ki, şəhidlik zirvəsindən uca zirvə yoxdur. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Bu zirvəyə, qorxmaz, cəsarətli, qəhrəman, igid , xalqı yolunda  canlarını fəda etməkdən  çəkinməyən  oğullar  yüksələ bilirlər.  

   İnsan xatırlanmayanda ölür.  Bizim xalq  daima öz şəhidini xatırlayır. Günün hansı vaxtı desən şəhidlər xiyabanında insanları görmək olar. Aylar, illər ötüb keçəcək  amma,  şəhidlərimiz heç vaxt unudulmayacaq. Nə qədər ki, Azərbaycan var, şəhidlərimiz bizim qəlbimizdə yaşayacaq. Şəhirlər  xatırlananda ölmürlər. Şəhidlərin  xatirələri  hər zaman  anılırsa, deməli onlar ölməyiblər,yaşayırlar.

    Bu gün  ölkəmizin hər yerində  şəhidlərimizin xatirələri dərin ehtiramla  yad edilir. Şəhidlərimizin uyduğu məkan  and yerimizdir.

 

ÖLMƏYİBSƏN, YAŞAYIRSAN ŞƏHIİDİM

 

Aylar,illər  ötüb keçər bilirik,

Sən getdiyin cığır-izlə gəlirik,

 Bu  Vətəni sənin kimi sevirik,

Ölməyibsən, yaşayırsan Şəhiidim!

 

Zəfər çaldıq, bu bizim qələbədi,

Bu düşmənin ürəyinə zərbədi.

Xalqımızın  qəlbindəsən əbədi,

Ölməyibsən, yaşayırsan Şəhiidim!

 

Azad  oldu yurdumuz, torpağımız,

Dalğalandı  zirvədə bayrağımız.

Öz igidin, sevir bizim xalqımız,

Ölməyibsən, yaşayırsan Şəhiidim!

 

Sən bu yurdun, bu vətənin oğlusan

Torpaq üçün , el üçün doğulmusan.

Sən ananı,  vətəni  qorumusan

Ölməyibsən, yaşayırsan Şəhiidim!

 

Tanrı sevir, haqqı sevən, insanı,

Qəhrəmanın möcüzədi hər anı.

Zəfəriniz mat edibdi dünyanı,

Ölməyibsən, yaşayırsan Şəhiidim!

 

   Şəhid Rüstəmli Bəhruz Malik oğlunun ev muzeyində olduq. Muzeydəki  şəkillərlə tanış olduq.  Şəkillərlə danışdıq…

  Muzeyə  şair dostum Tahir Hüseynlə daxil olduq. Şəhidimizə salam verdik.

-Salam Bəhruz.

   İcazə verirsənmi  bu eksponatlarla tanış olaq?

Eksponatlarla tanış olduq…

Muzeydən   çıxanda  ikimizin də gözümüz dolmuşdu.

Vətənimin igid,mərd, qəhrəman  oğlu, Sizlərin sayəsində  bu gün  alnı açıq gəzə bilirik.

Sizlərin  igidlikləri qarşısında baş  əyirik.

Allah  cəmi şəhidlərimizə rəhmət eləsin!